Çoxmənzilli binalarda problemi kimlər həll etməli? - Bələdiyyə yoxsa MİS

13:27 22.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ay sonu gəlir, qapımız döyülür. Qapımızı döyən ya bələdiyyə  ya da Mənzil-Kommunal Təsərrüfatı Birliyi olur. İllik ödəmə tələb edilir. Sakinlər də mənzillərində yarana biləcək problemlərin həll olunması gözləntisi ilə istədikləri vəsaiti ödəyirlər. Bəzən də, vətəndaşlar hər iki quruma vəsait ödənilməsi məsələsində tərəddüd edirlər. Müəyyən problemlər ortaya çıxır. Əsas narazılıq isə problemlərin həlli gündəmə gəldikdə yaşanır. Çox təəssüf ki, çoxmənzilli binalarda tez-tez rast gələn problemləri aradan qaldırmağa isə heç kəs tapılmır. Bəs mənzil mülkiyyətçisinin problemlərinə kim baxmalıdır?

Mövzu ilə bağlı bələdiyyələr üzrə ekspert Vüqar Tofiqli hafta.az-açıqlamasında dedi ki, bələdiyyələr geniş imkana malik olmasalar da, az-çox kiçik işləri görürlər. Ekspertin sözlərinə görə, ümümilikdə götürdükdə bələdiyyələrin gəliri 35 milyon manat olur. 1607 bələdiyyə Azərbaycanda 2018-ci ildə 35 milyon pul qazanıb: ”Bunun 5 milyon 500 manatı dövlət tərəfindən ayrılan dotasiyadır. Bu məbləği bütün bələdiyyələr arasında bölsək görərik ki, çox kiçik bir vəsaitlə təmin olunmuş olurlar. Məsələn, bir bələdiyyə aylıq 2000 vergi alırsa, o, böyül layihələrə xərc çəkə bilməyəcək. Hər bir şəxs də vaxtında vergini ödəməlidir. Necə ki, işıq, qaz, su pulunu dərhal ödəyiriksə, bələdiyyə vergisini də ödəməliyik. Bələdiyyə də həmin əldə etdiyi vəsaiti hesabına yaranan problemləri də həll etməlidir. Bu gün elə bələdiyyələr var ki, 350 min manat xərc qoyub park salıb. Vətəndaşların problemlərini aradan qaldırmaq üçün bələdiyyələrin imkanı çatmır. Sadəcə kiçik işləri görə bilirlər”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə hesab edir ki, Mənzil-Kommunal Təsərrüfatı Birlikləri vətəndaşlardan aldığı vəsait onların sonradan yarana biləcək problemlərinin həlli istiqamətlərində bölməlidir.

“Əslində bələdiyyə sadəcə vətəndaşlardan əmlak vergisi alır. Bu da bələdiyyələr haqqında qanunvericilikdən irəli gəlir. Eyni zamanda vergi qanunvericiliyin ilə tənizmlənir. Bu vəsaitdə həmin ərazidə yaşayan vətəndaşların probleminə yönəldilməlidir. Məsələn, kanalizasiyada, yağış lüklarında və s. istiqamətdə problem yarandıqda mənzil istismar idarəsi o problemi aradan qaldırmağa borcludur. Mənzil istismarı sahələrinin işi təkcə bununla bitmir. Onlar həm də vətəndaşlara bu və ya digər formada xidmət göstərməlidirlər. 2009-ci ildə Azərbaycanda mənzil məcəlləsi qanunu qüvvəyə minib. Mənzil məcəlləsinin istiqamətlərindən biri də, mənzil istismar sahələrinin fəaliyyətinin ləğv olunmasını nəzərdə tuturdu. Faktiki olaraq çoxmənzilli binalarda yaşayan  sahə mülkiyyətçiləri idarəetmə formasını özləri idarə edə bilər”.

Sonuncu sessiyada bələdiyyələrlə bağlı qanunda dəyişiklik etdik. Yeni qanuna görə vəsaitin yığılması bələdiyyələrə həvalə edilib.

Bu sözləri isə Milli Məclisin deputatı, regional məsələlər komitəsinin üzvü Cavid Osmanov dedi.

Millət vəkili hesab edir ki, yeni qanuna görə, bu kimi problemlər aradan qalxacaq:

“Hazırda hansı mənzilin çıxarışı yoxdursa, o mənzil haqqında bələdiyyələrdə məlumat olmur. Hələki problemli qalan məsələ odur ki, çıxarışı olmayan evlərin bələdiyyələrdə məlumatı yoxdur. Gələcəkdə bu məsələyə də yenidən baxılacaq. Təbii ki, o qanunda da dəyişiklik olacaq. Bələdiyyələrin gəlirlərinin artırılması məsələsi də müzakirə olunacaq. Çıxarışlar olduqdan sonra bütün mənzillər bələdiyyələrdə qeydiyyata keçəcəklər. Bir neçə ay bundan əvvəl Prezident çıxarışsız mənzillərlə bağlı sərəncam imzaladı. Sərəncama əsasən çıxarışı olmayan mənzillərin çıxarışı məsələsi həll edilir. Ona görə də yaxın vaxtlarda çıxarış məsələləri tam başa çatacaq. Yeni tikilən evlərin belə, tikili gedə-gedə çıxarış məsələsi həll olunacaq.”